Nəqliyyat
Sürücülərə XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq
Azərbaycanın bütün magistral yollarında hərəkət var.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, dünən axşam saatlarından ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bəzi yollar buz bağlayıb: "Agentliyin bütün texnika və canlı qüvvəsi fevralın 8-dən hazır vəziyyətə gətirilib. Dünən gecə saatlarında buz bağlayan yollar təmizlənib, buz bağlama ehtimalı olan yerlərə duz və qum qarışıqları səpilib. Hazırda bütün magistral yollarda vəziyyət normaldır, buz yoxdur. Agentliyin əməkdaşları kənd yollarının təmizlənməsinə cəlb edilib. hazırda həmin yolların qardan təmizlənməsi prosesi həyata keçirilir".
A.Nəcəfli bu gün axşam saatlarında rayonlara hərəkət edən sürücülərə xəbərdarlıq edib:
"Bu gün axşam saatlarında rayonlara gedən sürücülərdən xahiş edirik ki, ehtiyatlı olsunlar. Magistral yolların, xüsusən də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımı və Muğannı hissəsinin buz bağlaması gözlənilir. Sürücülər bu prosesi nəzərə almalı və ehtiyatlı olmalıdırlar". (trend)
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO