TƏCİLİ - Bakı metrosunun 3 stansiyası fəaliyyətini bərpa etdi - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

TƏCİLİ - Bakı metrosunun 3 stansiyası fəaliyyətini bərpa etdi - YENİLƏNDİ

Bu gün Bakı Metropoliteninin stansiyalarına elektrik enerjisinin verilişində yaranmış problem tam aradan qaldırılıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, artıq Həzi Aslanov, Əhmədli və Xalqlar Dostluğu stansiyalarının normal fəaliyyəti bərpa edilib və sərnişinlər adi qaydada stansiyaya daxil ola bilirlər: "Elektrik enerjisnin verilişində dayanıqlıq təmin olunduğundan saat 17:14-dən "Xalqlar dostluğu-Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub. Hər 3 stansiya - "Həzi Aslanov", "Əhmədli", "Xalqlar dostluğu" stansiyaları sərnişinlərin girişi üçün açılıb".

*****

16:38

Bakı Metropoliteni bu gün günorta saatlarında baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hazırda 3 stansiya fəaliyyət göstərə bilmir: "Saat 15:48-də Metropoliteniə gələn xətlərə cərəyan verilməsində qısamüddətli fasilə yaranıb. Artıq elektrik verilişi bərpa edilib. Yalnız Xalqlar Dostluğu-Əhmədli-Həzi Aslanov stansiyalarını birləşdirən xəttə elektrik verilişi bərpa edilməyib və bu səbədən həmin stansiyalar fəaliyyətini müvəqqəti dayandırıb. Oradakı sərnişinlər təxliyə edilib. Hazırda tuneldə qalan qatar yoxdur. Elektrik enerjisi verilişi kəsildikdən sonra xüsusi generatorlar işə dşüb və tunellərdəki qatarlar stansiyalara çatdırılaraq sərnişinlər vaxtında təxliyə edilib".

*****

16:17

Bu gün saat 16 radələrində Bakı şəhərinin bir hissəsində elektrik enerjisi verilişində problemin yaranması metronun hərəkətinə mənfi təsir göstərib.

Publika.az xəbər verir ki, metropolitenin bəzi stansiyalarına elektrik verilişi bir neçə dəqiqəlik dayanıb. Bu zaman tunellərdə olan qatarlar dayanmalı olub və metronun iş qrafiki pozulub.

Hazırda bəzi stansiyalara sərnişinlər qəbul edilmir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm