Bu marşrut xətti də müsabiqəyə çıxarılır - Rəsmi
Bizi izləyin

Nəqliyyat

Bu marşrut xətti də müsabiqəyə çıxarılır - Rəsmi

Xırdalan istiqamətində fəaliyyət göstərən 135 nömrəli müntəzəm marşrut xəttinin yaxın vaxtlarda müsabiqəyə çıxarılması gözlənilir.

Publika.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, müsabiqə şərtlərinə uyğun olaraq, 135 nömrəli müntəzəm marşrut xəttində yenilənmə olacaq.

Xatırladaq ki, BNA bildirmişdi ki, Bakıda beş il ərzində 855 avtobus yenilənib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm