AZAL iki çarter reysilə 391 nəfəri ölkəyə gətirdi
Bizi izləyin

Nəqliyyat

AZAL iki çarter reysilə 391 nəfəri ölkəyə gətirdi

Azərbaycanın Milli aviadaşıyıcısı(AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

AZAL-dan Publika.az-a verilən məlumata görə, İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm