Nəqliyyat
Bakı metrosunun fəaliyyəti dayandırılır? - İCLAS KEÇİRİLİR
Bu gün mediada koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin daha dartırılması ilə bağlı Bakı Metropolteninin də fəaliyyətinin dayandırılması ehtimalı ilə bağlı məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur: "Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.
Qərargahın və aidiyyətli səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.
Publika.az-ın əldə etdiyi digər məlumata görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahda vacib iclas keçirilir. İclasda bir sıra qurumların rəhbərlikləri də iştirak edir. Toplantıdan sonra yeni məhdudlaşdırıcı tədbirlər barədə məlumatın yayılması istisna edilmir.
Muxtar
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər