Bakıya gələn yüzlərlə avtomobil geri qaytarıldı
Bizi izləyin

Nəqliyyat

Bakıya gələn yüzlərlə avtomobil geri qaytarıldı

Ötən gecə saat 00:00-dan etibarən Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna ölkənin rayonlarında qeydiyyatda olan avtomobillərin və şəxslərin buraxılmaması ilə bağlı tətbiq edilən qaydalara ciddi riayət edilir.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər çərçivəsində ötən gecə təkcə bir postdan Bakı istiqamətində gələn 470-ə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb: “Gecə saat 12-dən sonra yeni qaydalarla müəyyən edilmiş nəqliyyat vasitələri və şəxslərin paytaxt istiqamətində girişinə icazə verilmir. Məhdudiyyət martın 29-na kimi davam edəcək. Ona görə də heç kəs qadağanı pozmağa cəhd göstərməsin. Çünki bununla bağlı ciddi intizam tənbehi tədbiri də görüləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm