Nəqliyyat
Bakıdan rayonlara xüsusi tənzimlənən avtobus reysləri olacaq
Regionlara hərəkət edən avtobusların işləmə qrafiki sərnişin axınından asılı olacaq.
Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.
Onun sözlərinə görə, şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir:
"Regionlara işləyən avtobuslar əvvəlki kimi fəaliyyətlərini davam etirir. Sadəcə onlar xüsusi tənzimlənən reyslər olacaq. Ola bilsin ki, bu günlərdə işləyən avtobuslar əvvəlki qrafiklə üst-üstə düşməsin. Bu da sərnişin axınından asılıdır. Mümkündür ki, əvvəl hər hansısa istiqamətə 5 reys gedirdisə, bu günlərdə həmin reyslər birləşdirilsin".
P.Məmmədova bildirib ki, avtobusların işləmə vaxtını tam dəqiqləşdirmək üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda [email protected] email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər. (trend)
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü