Taksi fəaliyyəti göstərə biləcək şəxslər açıqlandı
Bizi izləyin

Nəqliyyat

Taksi fəaliyyəti göstərə biləcək şəxslər açıqlandı

"Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək".

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Belə ki, xidmət tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər.(Report)

"Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq qaydada həmin şəxslər haqqında məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır" - deyə, o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm