Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi
Bizi izləyin

Nəqliyyat

Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Publika.az-a verilən məlumatda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1369 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm