Karantin rejimini pozan 1909 sürücü cəzalandırıldı
Bizi izləyin

Nəqliyyat

Karantin rejimini pozan 1909 sürücü cəzalandırıldı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejiminin pozulması halları ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Publika.az-a verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 909 nəfər karantin rejimini pozduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm