Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi çarter reysləri ayrılacaq
Bizi izləyin

Nəqliyyat

Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi çarter reysləri ayrılacaq

Xarici ölkələrdə yaşayan azərbaycanlıların vətənlərinə gəlməsi üçün xüsusi çarter reysləri ayrılacaq.

Publika.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə burada üstünlük uşaqlı qadınlara, yaşlılara və həssas təbəqəyə məxsus şəxslərə veriləcək: "Burada əsas yük AZAL-a düşəcək. Xüsusi karantin rejimindən əvvəl bilet alıb ölkəyə gələ bilməyənlərə çarter reyslərində yer veriləcək. Xaricdə yaşayan azərbaycanlılara qaydaları anlayışla qəbul etdikləri üçün təşəkkür edirik".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, xaricdə yaşayan azərbaycanlılar diaspora 3 səbəbdən müraciət edib. Vətəndaşların müraciəti təcili ehtiyaclar, təxliyə və digər məsələlər üzrə istiqamətlərə bölünüb. "Bu günə qədər 47 ölkədən 5 min 104 müraciət qəbul olunub. 1942 nəfərə müxtəlif yardımlar edilib. Müraciət qəbul edilən ölkələrin başında Türkiyə, Rusiya, Ukrayna gəlir".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm