Ən cüzi səhv belə böyük faciəyə səbəb ola bilər - EKSPERT
Bizi izləyin

Nəqliyyat

Ən cüzi səhv belə böyük faciəyə səbəb ola bilər - EKSPERT

"Heç bir halda sürət həddini aşmayın, qadağan edilmiş və ya riskli manevrlər etməyin. Ən cüzi səhv belə böyük miqyaslı faciəyə gətirə bilər".

Publika.az xəbər verir ki, bu sözləri Kürdəmir rayonunda baş verən, ağır yol qəzası barəsində danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert sürücülərə səslənərək, yolun rahatlığından sui-istifadə etməməyi tövsiyə edib:

"Dünən Kürdəmirdə baş verən 6 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı faciəli qəza çox ağır hadisədir. Belə hadisələr nadir hallarda baş verdiyinə görə dünya mediasına düşür. Allah ölənlərə rəhmət eləsin, yaralılara da şəfa versin.

Bu hadisə son illərin tipik bir problemini qabardır. Hadisə yol hərəkəti təhlükəsizliyinə ciddi nəzarətin (kameranın, radarın, daimi YPX növbəsinin) olmadığı, son illərdə yüksək səviyyədə təmir edilən 2 zolaqlı yolda baş verib. Təfərrüatı bilməsək də, ağır nəticə toqquşma anında yüksək sürətdən xəbər verir. Ölkəmizdə bu tipli yollar, yəni şüşə kimi kənd yolları və rayonlararası yollar artır. Ona görə də sürücülərə üz tutub demək istəyirəm ki, yolun rahatlığından sui-istifadə etməyin, yaxud buna aldanmayın. Heç bir halda sürət həddini aşmayın, qadağan edilmiş və ya riskli manevrlər etməyin. Ən cüzi səhv belə böyük miqyaslı faciəyə gətirə bilər. Unutmayın ki, rahat yollar bizi bir-birimizə daha tez çatdırmaq, mənzil başına yorulmadan gedib çıxmaq üçündür. Amma rahat yolda xırda səhv bizi dünyadan əbədi ayıra bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm