Bakı metrosunda yeni qaydalar FOTOLARDA
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda yeni qaydalar FOTOLARDA

Bakı metropoliteninin stansiyaları bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Stansiyaların girişlərində sərnişinlərin platformalara növbəli buraxılması üçün dəmir hasarlar quraşdırılıb. Stansiyalara tibbi maskasız daxil olmaq qadağan edilib və bu barədə girişdə xəbərdarlıq elanları yazılıb.

Bununla yanaşı, bütün stansiya vestibülləri və platformalarında sərnişinlərə sosial məsafə saxlamaq barədə maarifləndirici tablolar asılıb. Metronun bütün vaqonlarında da oturacaqlara həmin xəbərdarlıq elanları vurulub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm