• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

DYP: Karantin qaydalarını pozan 639 sürücü cərimələnib

DYP: Karantin qaydalarını pozan 639 sürücü cərimələnib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.05.2020-ci il saat 00:00-dan 14.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Publika.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR