DİQQƏT: Bakının küçə və prospektlərində hərəkət məhdudlaşdırıldı
Bizi izləyin

Nəqliyyat

DİQQƏT: Bakının küçə və prospektlərində hərəkət məhdudlaşdırıldı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirilən tibbi-profilaktik tədbirlər çərçivəsində BŞİH-in strukturları tərəfindən səhər saatlarından etibarən paytaxdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 3-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işlərinə başlanılıb.

Publika.az xəbər verir ki, mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır.

Hazırda davam edən genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq Daxili İşlər Nazirliyinin şəxsi heyəti dəstək verir, Nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində iştirak edirlər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

Qeyd edək ki, gün ərzində paytaxtın kommunal xidmətlərinin 2 000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görürlər.

Eyni zamanda Bakı şəhər və eləcə də paytaxt rayonları icra hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər paytaxtın bütün rayonlarında sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirici reydlər keçirərək vətəndaşlara tibbi maskalar paylayıb, xəstəliyə yoluxmamaq üçün lazımi tədbirlərin görülməsi yolları izah edilir.

Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm