Sürücülərə xəbərdarlıq edildi: "Sərt manevrlər etməyin"
Bizi izləyin

Nəqliyyat

Sürücülərə xəbərdarlıq edildi: "Sərt manevrlər etməyin"

"İstifadə olunan dezinfektantlar su ilə qarışanda sabun kimi köpüklənən, sürüşkən bir maye kütləsi alınır. Yağış yağsa, gecədən əsən küləyin süpürüb gətirdiyi toz da ona qarışacaq və yollar daha da sürüşkən olacaq".

Publika.az xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, proqnozlara və faktiki hava şəraitinə əsasən, Abşeron yarımadasında yağış yağması gözlənilir:

"Bilirsiniz ki, son 2 gündə paytaxtın əsas küçə və prospektlərində dezinfeksiya işləri görülüb. Ona görə də yağış yağsa, çox diqqətli olun, sərt manevrlər etməyin və sürəti ciddi şəkildə endirin. Yağış gur yağıb həmin dezinfektant-toz qarışığını yollardan yuyana qədər diqqətli olun. Məlumat üçün bildirim ki, təxminən 10-12 gün əvvəl dezinfeksiyadan sonra yağan yağışda eyni effektin yaranmasını nəzərə almayan xeyli sürücü qəzalara düşmüşdü. Ümumiyyətlə, hər zaman diqqətli olun".

Bildirək ki, qlobal pandemiya ilə mübarizə çərçivəsində mütəmadi olaraq paytaxt küçələrində dezinfeksiya işləri aparılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm