Yayda avtomobillər niyə yanır? - Səbəb AÇIQLANDI / VİDEO
Bizi izləyin

Nəqliyyat

Yayda avtomobillər niyə yanır? - Səbəb AÇIQLANDI / VİDEO

Havalar istilənən kimi qəfil alışmağa başlayan avtomobillərin sayı çoxalıb. Xüsusilə, avtomobillər hərəkətdə olarkən və ya tıxacda dayanarkən yanır. Bunun səbəbini ustalar bir neçə faktla əlaqələndirirlər.

Publik.az ATV-yə istinadla xəbər verir ki, son bir həftə ərzində Günəşli qəsəbəsində "Kia-Rio", Qubada "Vaz", Xaçmazda isə "Tayota" markalı avtomobilin yanması, avtomobillərin yay aylarında qəfil alışma mövzusunu yenidən aktuallaşdırıb.

Avtomobil ustaları bildiriblər ki, yanmanın əsas səbəbi əksər hallarda avtomobillərə qoşulan əlavə qurğular olur. Bəzi avtomobillərdə elektrik naqilləri kustar üsulla izolyasiya edilir. Yəni elektrik naqillərində zəif izolyasiya, yaxud yüksək davamlılığı olmayan materialdan istifadə edilir ki, nəticədə gərginlik çox olan elektrik naqillərində yanğın baş verir:

"Duman işıqları deyilən hissəyə gücü zəif naqillərlə kustar üsulla əlavə işıqlar qoşurlar. Yay vaxtı qızma həddindən artıq çox olduğu üçün bu naqillərdə ərimə gedir. Ərimə zamanı qısa qapanmalar baş verir və alışmalar qaçılmaz olur. Həmçinin benzin farsunka və injektor sistemində iş görülən zaman düzgün ara qatlarından istifadə etmədikdə, düzgün iş görmədikdə benzin axıntısı, yağ axıntısı yanmalara səbəb ola bilər".

Sürücülər də etiraf ediblər ki, bəzən ustayla məsləhətləşmədən avtomobildə dəyişiklik edirlər:

"Maşına əlavə led işığlar quraşdırdıq. Axşam getdim evə, həyətdə saxladım. Gördüm ki tüstüləmə baş verir. Səhərsi gün gətirdim ustaya. Usta da dedi ki səhv quraşdırlıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm