Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı
Bizi izləyin

Nəqliyyat

Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.

Bu barədə Publika.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb.

Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

Yeni hərəkət cədvəlini təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm