Uçuşları bərpa etmək istəyən ölkələr var - Arif Məmmədov
Bizi izləyin

Nəqliyyat

Uçuşları bərpa etmək istəyən ölkələr var - Arif Məmmədov

Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sərhədlər bağlanıb.

Publika.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Operativ Qərargahın bu günükü brifinqində deyib: "Bununla bağlı olaraq mart ayında çarter reysləri təşkil edilib. İran, Rusiyadan reyslər təşkil olunub. Naxçıvandan son uçuşlar isə 2 aprel tarixində baş tutub". \

O bildirib ki, Azərbaycana uçuş yerinə yetirmək istəyən hər bir ölkə ilk olaraq müraciət edib, qərarlarla tanış olmalıdır: "1 iyuladək beynəlxalq uçuşların təşkili qadağandır. Bu dövr ərzində hava nəqliyyatı ilə yükdaşımalara heç bir məhdudiyyət qoyulmayıb. Bunla yanaşı, Azərbaycan 10 dövlətə hava yolları ilə humanitar yardım göndərib. Yük daşımlarında 27 faiz artım müşahidə olunub".

O qeyd edib ki, çarter reysləri ilə 25 000-ə yaxın sərnişin daşınıb: "Londona, Romaya çarter reysləri təşkil olunub. Bu gün Nyu-Yorkdan vətəndaşlarımız ölkəyə gətirilib. Paralel olaraq beynəlxalq uçuşların bərpası planlaşdırılır. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə görülən tədbirlər bir sıra ölkələr tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. Buna görə də uçuşları bərpa etmək istəyən ölkələr var. Xüsusilə Qazaxıstan, Özbəkistan bununla bağlı müraciət edib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm