DYP: Bu şəxslər Bakıya buraxılmayacaq
Bizi izləyin

Nəqliyyat

DYP: Bu şəxslər Bakıya buraxılmayacaq

Bu gün səhər saat 6-dan etibarən Bakıya gələn yollarda quraşdırılmış postlarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Publika.az xəbər verir ki, 54 saatlıq sərt karantinin başa çatmasından sonra minlərlə insan şəxsi avtomobilləri ilə Bakıya qayıtmağa çalışıb. Bu da postlarda sıxlığa səbəb olub.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a bildirib ki, hazırda sıxlıq nisbətən azalıb: “Hazırda daha çox cənub istiqamətində, yəni Bakı-Ələt yolunun 65-ci km-də yerləşən karantin postunda sıxlıq var. Digər postlarda vəziyyət normallaşıb və sıxlıq böyük ölçüdə aradan qalxıb. Sıxlığın yaranmasının səbəbipaytaxta gələn nəqliyyat vasitələrinin sayının kəskin artmasıdır. Polis əməkdaşları, torpaq yollarla keçmək istəyənlərin də qarşısını alır, həmçinin paytaxta girişi olmayan şəxsləri geri qaytarır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm