İstanbuldan gəlmək istəyən tələbələrə ŞAD XƏBƏR
Bizi izləyin

Nəqliyyat

İstanbuldan gəlmək istəyən tələbələrə ŞAD XƏBƏR

Bakı-İstanbul-Bakı istiqaməti üzrə pilot reyslər təşkil olunub.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, gələcəkdə də bu reyslər təşkil oluna bilər: "Lakin bu, təkcə Azərbaycandan asılı deyil. Qonşu ölkədəki epidemioloji vəziyyət də burada rol oynayır. Bizə, xüsusilə, tələbələr tərəfindən çoxsaylı müraciətlər daxil olur. Tələbələrə bu istiqamətdə 30 faiz endirim tətbiq olunur. Onlar sistemə tələbə biletlərini daxil edərək endirimdən yararlana bilərlər. Vətəndaşlara göstərdikləri diqqətə görə təşəkkür edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm