Bakıda 180 km sürətlə avtomobil sürən xanım SAXLANILDI
Bizi izləyin

Nəqliyyat

Bakıda 180 km sürətlə avtomobil sürən xanım SAXLANILDI

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobili 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib, daha sonra onu yayan şəxsin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov süjetlə bağlı ətraflı araşdırılma aparıldığını deyib.

O bildirib ki, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb:

"Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm