Nəqliyyat
AZAL sərnişinlərə müraciət ünvanladı
“Yaranan suallar ilə əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xüsusi və çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir”.
Publika.az xəbər verir ki, bu barədə AZAL-ın dərc etdiyi məlumatda deyilir.
Bildirilir ki, AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, təxribatlara uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.
Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir.
“Azərbaycan Hava Yolları”, həmçinin, təxribat xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO