Nəqliyyat
Dünyanın ən nəhəng hava yolları şirkətindən FÜRSƏT: 150 min avroluq paket
Dünyanın ən nüfuzlu aviaşirkətlərindən biri olan “Emirates” hava nəqliyyatı tarixində ilkə imza atıb.
Publika.az xəbər verir ki, şirkət sərnişinlərin uçuş əsnasında koronavirusa yoluxmaları təqdirində müalicə, karantin və hətta cənazə xərclərini qarşılayacağını açıqlayıb.
Dünyanın ən böyük uzun məsafəli uçuşlarını həyata keçirən şirkət bu addımı insanları səyahətə təşviq etmək məqsədilə atıb.
“Koronavirusdan sığorta paketi”nə 150 min avroya qədər müalicə xərci və iki həftə boyunca gündə 100 avroluq karantin xərcləri daxildir. Xəstənin dünyasını dəyişməsi təqdirində isə 1500 avroluq cənazə yardımı ediləcək.
Sığorta uçuş sinifindən asılı olmayaraq, bütün sərnişinlərə pulsuz təqdim ediləcək. Hər hansı qeydiyyat və ya müraciət forması tələb olunmayacaq.
Təklif sərnişinlərin ilk uçuşunu gerçəkləşdirdikdən sonra 31 gün ərzində qüvvədə qalacaq. Kampaniya isə oktyabr ayının sonunadək davam edəcək.
Qeyd edək ki, “Emirates” hava yolları şirkəti koronavirus pandemiyası səbəbilə uzun müddət uçuşlarını ləğv etmiş və 9 min əməkdaşını işdən çıxarmışdı.
Zümrüd
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO