• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

İki ölkənin gizli ticarət sənədləri OĞURLANDI

İki ölkənin gizli ticarət sənədləri OĞURLANDI

ABŞ və Böyük Britaniya arasında ticarətə dair gizli sənədlərin oğurlanmasında rus hakerlər şübhəli bilinirlər.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" iki mənbəyə istinadən yazır.

Qəzetin yazdığına görə, sənədlər Britaniyanın keçmiş ticarət naziri Liam Foksun elektron poçtundan oğurlanıb. Eyni zamanda həmin sənədlər barədə məlumat Birləşmiş Krallıqda 2019-cu ildə keçirilmiş parlament seçkisi ərəfəsində üzə çıxıb.

Mənbələr bildiriblər ki, hakerlər ötən il iyulun 12-dən oktyabrın 21-dək Foksun poçt hesabına bir neçə dəfə daxil ola biliblər. Oğurlanan məlumatlar arasında Amerika və Britaniya tərəflərinin ticari danışıqlarını əhatəli şəkildə əks etdirən altı sənəd paketi olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR