Partlayış vaxtı Beyrut limanında Mənsimovun da gəmisi olub - AÇIQLAMA
Bizi izləyin

Nəqliyyat

Partlayış vaxtı Beyrut limanında Mənsimovun da gəmisi olub - AÇIQLAMA

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimova məxsus "Palmali Holding"in “Kapitan Nagdaliyev” gəmisi də olub.

Publika.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva bildirib.

“Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur. Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib.

Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”, - deyə F.Quliyeva söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm