Nəqliyyat
Bakı Metropoliteni işçi axtarır
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.
QSC-dən Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:
- təhsil: ali və ya texniki peşə
- yaş həddi: 30 yaşına qədər
- hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün)
- boy: qadın namizədlər üçün 165 sm və daha uca, kişi namizədlər üçün 170 sm və daha uca.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılaca1qlar.
Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.
Yüksək bal toplayanlar praktiki təlimlərdə iştirak edərək, “sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə qəbul ediləcəklər.
İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron müraciət doldurularkən, iddia etdiyiniz vəzifə kimi “platforma növbətçisi” yazılmalıdır.
Elektron ərizələr 31 avqust 2020-ci il tarixinə qədər qəbul edilir.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!