• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Metro nə vaxt açılır? - AÇIQLAMA

Metro nə vaxt açılır? - AÇIQLAMA

Məlum olduğu kimi, ölkədə avqustun 31-i saat 00:00-da ümumi karantin rejimi bitir. Hələ ki karantinin uzadılması ilə bağlı qərar olmadığı üçün müzakirə edilən məsələlərdən biri də Bakı metrosunun açılmasıdır. Maraqlıdır, fəaliyyəti dayandırılan Bakı metrosu sentyabrın 1-dən yenidən xidmət göstərmək üçün hazırlıq işlərinə başlayıbmı?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun fəaliyyətini bərpa etməsi barədə xüsusi tapşırıq yoxdur, lakin hər gün müntəzəm işlər aparılır:

“Bizdə karantindən sonra metronun fəaliyyətini bərpa etməklə bağlı xüsusi hazırlıq olmur. Hazırda yalnız sərnişindaşıma yoxdur, qalan məsələlər texnoloji prosesə uyğun hər gün davam etdirilir. Adi günlərdə metro işləyəndə də belə olurdu. Elə məsələlər var ki, onları təlimat qaydaları, texniki-istismar tələblərinə dair normativ sənədlər müəyyən edir. Bu işlərin hamısı bir yerdə icra olunanda metronun sərnişindaşımaya hazırlığı təmin edilir. İşə başlamaq, yaxud mövcud vəziyyətin davam etməsi ilə bağlı normativ sənədlərə uyğun daxili əmr və tapşırıqlar üçün bizə rəsmi qərar lazım olur. Operativ Qərargahın brifinqlərindən sonra rəsmi qərarın açıqlanmasını gözləyirik. Amma hazırda hansısa tapşırıq və ya qərar yoxdur”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR