Nəqliyyat
Avtobuslarda gediş haqqı artırılır? – AÇIQLAMA
Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.
Bunu Axar.az-a avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnozuna cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, bu məsələlərə Tarif Şurası baxır:
“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.
Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.
Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu taksilərlə bağlı BNA-nın konsepsiyasının avtobusların qiymətinə də təsir edəcəyi, metro və avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnoz verib.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO