Daha 24 nəfər Azərbaycana gətirilir - GƏMİ İLƏ
Bizi izləyin

Nəqliyyat

Daha 24 nəfər Azərbaycana gətirilir - GƏMİ İLƏ

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

Publika.az xəbər verir ki, Azərbaycanın Aktaudakı baş konsulluğundan bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” (17 nəfər) “Professor Gül” ( 6 nəfər) və “Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm