Nəqliyyat
Avtomobildə saxlanılan dərmanlarla bağlı ŞOK FAKT - Çox ağır fəsadı ola bilər
"19 iyun 2020-ci il tarixdə Həm "Yol hərəkəti haqqında" Qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirildi. İndi o "dərman qutusu" yox, "ilk tibbi yardım qutusu" adlanır. Səbəb odur ki, bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır".
Publika.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə tanınmış ekspert Ərşad Hüseynov deyib.
O bildirib ki, hazırda həmin qutunun tərkibi AR Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq olunub, lakin "Yol hərəkəti haqqında" Qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar Nazirlə Kabinetinə tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin: "Yəqin ki, NK 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini sıyahıdan çıxaracaq. Məsələ burasındadır , həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ağır problem yarada bilər".
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var

















.jpg)



















.jpg)


