Yol polisindən sürücülərə və piyadalara MÜRACİƏT
Bizi izləyin

Nəqliyyat

Yol polisindən sürücülərə və piyadalara MÜRACİƏT

Son günlər ölkə ərazisində, eləcə də Bakıda qeydə alınan ağır yol-nəqliyyat hadisələri əsasən günün qaranlıq saatlarında baş verib.

Bu barədə Publika.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. O qeyd edib ki, hadisələrin böyük hissəsi piyadaların vurulması ilə əlaqədardır və axşam şəra qarışanda baş verir: “Son günlərdə baş verən hadisələrin böyük əksəriyyəti axşam saat 19-22 arası qeydə alınıb. Bunun əsas səbəbi havanın qaranlıqlaşmağa başladığı saatlarda görmə məsafəsinin azalması, bir çox sürücülərin qabarit işıqlarını yandırmağı unutması ilə əlaqədardır. Həmçinin havanın qaranlıqlaşmağa başladığı saatlarda piyadaların yolu keçərkən yalnız işığ reaksiya verməsi, avtomobilin rəngini çətinliklə sezməsi də hadisələrə səbəb olur. Bütün bunları nəzərə alaraq sürücülərdən və piyadalardan havanın qaranlıqlaşmağa başladığı saatlarda daha diqqətli olmalarını xahiş edirik”.

Qeyd edək ki, payız fəslinin başlaması ilə günün işıqlı saatları azalır və qaranlıq hava şəraitində yol-nəqliyyat hadisələrinin baş vermə riski daha da artır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm