• USD 1,7000 0,00% EUR 2,0137 -0,02%
    • GBP 2,2324 +1,15% RUB 0,0220 0,00%

BNA: Avtobuslar adi rejimdə işləyəcək

BNA: Avtobuslar adi rejimdə işləyəcək

28.09.2020-ci il tarixindən qüvvəyə minən hərbi vəziyyət müddətində Bakı şəhəri üzrə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişindaşımalarda fasiləsizliyin pozulmaması məqsədilə zəruri tədbirlər görülür. Pandemiya zamanı olduğu kimi hərbi vəziyyət müddətində də sərnişinlərin, xüsusilə həyat əhəmiyyətli strateji sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən müəssisələrdə işləyən şəxslərin avtobuslarla daşınması təmin olunacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, metro ilə sərnişindaşımaların adi rejimdə (06:00-dan 00:00-dək) təşkilini nəzərə alaraq, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin təmin edilməsi məqsədilə avtobusların fəaliyyəti də eyni qaydada təşkil ediləcək. Yəni ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma xidmətinin təşklində hər hansı dəyişiklik olunmayacaq. Avtobuslar əvvəlki günlərdə olduğu kimi, adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.

Lakin hərbi vəziyyətin davam etdiyi qarşıdakı günlərdə sərnişindaşımaların təşkilinə dair statistik təhlillər aparılacaq. Əldə olunan nəticələrə uyğun olaraq komendant saatı müddətində (saat 21:00-dan sonra) marşrut xətləri üzrə avtobusların sayı, hərəkət cədvəli və intervalı ilə bağlı dəyişikliklər edilməsi istisna edilmir.

Planlaşdırılan dəyişikliklər barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR