• USD 1,7000 0,00% EUR 2,0665 +0,17%
    • GBP 2,3339 +0,50% RUB 0,0227 +0,44%

ÜST sədrindən ÇAĞIRIŞ: Biz hər şeyi edəcəyik, amma...

ÜST sədrindən ÇAĞIRIŞ: Biz hər şeyi edəcəyik, amma...

"Ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar".

Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus deyib.

O bildirib ki, koronavirusun mənbəyi haqda araşdırmalar siyasiləşdirilməməlidir:

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək".

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar:

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR