Nəqliyyat
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - YENİ QANUN
Azərbaycanda avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydaları dəyişir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.
Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;
avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;
avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda. (trend)
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı
-
Qoroskop00:07
Günün qoroskopu: cəsarətli olun, uğur sizin olacaq!