Nəqliyyat
Paytaxt yollarında avtobuslar niyə gecikir? - Səbəbi AÇIQLANDI
Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur:
"Bu səbəbdən gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir.
Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmazdır".
Həmçinin bildirilib ki, zolaqların tələblərinin pozulması eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır:
"Bir daha sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanının tələbinə əməl etsinlər".
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı