• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

Məktəblərin açılması ilə bağlı sürücü və sərnişinlərə müraciət edildi

Məktəblərin açılması ilə bağlı sürücü və sərnişinlərə müraciət edildi

Xüsusi karantin rejimi çərçivəsində 1 fevral 2021-ci il tarixindən orta məktəblərdə ibtidai siniflər üçün tədrisin əyani formada təşkilinin başlayacağını, həmçinin bəzi xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunacağını nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumatda bildirilir ki. bu məqsədlə hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə olunur:

"Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi ilə əhəmiyyət kəsb edir.

Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Məlumat üçün bildiririk ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR