Nəqliyyat
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut xəttində DƏYİŞİLİK EDİLDİ
Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Köhnə istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələriylə əvəz edilir.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, bu çərçivədə “Koroğlu”NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. 01.02.2021-ci il tarixindən bu xətt üzrə sərnişindaşımaları “Azland-Plaza MMC”-yə həvalə edilib. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq.
Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub. Dəfələrlə daşıyıcı “6-Dost” MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO