Dubaya getmək istəyənlərə ŞAD XƏBƏR
Bizi izləyin

Nəqliyyat

Dubaya getmək istəyənlərə ŞAD XƏBƏR

“Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 1-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Uçuşların sayı həftədə dörd dəfə nəzərdə tutulub.

AZAL artıq biletləri satışa çıxarıb.

“Fly Dubai” aviaşirkəti isə martın 2-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Martın 2-dən etibarən həftədə üç dəfə, martın 18-dən isə aviareyslər hər gün olacaq.

Qeyd edək ki, Azərbaycan martın 17-dən koronavirus pandemiyası səbəbilə Birləşmiş Ərəb Əmirliklərinə müntəzəm reyslərini dayandırıb.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm