Nəqliyyat
Kiyevdən Bakıya aviareyslər BƏRPA OLUNUR
Ukrayna Beynəlxalq Hava Yolları (“Ukraine International Airlines”) 2021-ci il martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşların bərpa olunması üçün Azərbaycan hökumətindən xüsusi icazə alındığı barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinin rəsmi saytında məlumat dərc edilib.
Aprelin sonunadək Ukrayna Beynəlxalq Hava Yolları Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirməyi planlaşdırır.
Məlumatda qeyd olunur ki, hazırda Azərbaycana yalnız ölkə vətəndaşları, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçiləri, onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər və vətəndaşların yaxın qohumları giriş edə bilərlər.
Xəbərdə həmçinin qeyd olunur ki, sərhəddəki akkreditə olunmuş laboratoriyaya yola düşmədən ən uzağı 48 saat əvvəl verilmiş koronavirus testinin mənfi nəticələndiyini göstərən sənədi təqdim etmək lazım olacaq.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı