• USD 1,7000 0,00% EUR 2,0332 +0,58%
    • GBP 2,3412 +0,28% RUB 0,0224 +1,79%

Qarabağda beynəlxalq aeroportun tikintisinə başlanıldı - VİDEO

Qarabağda beynəlxalq aeroportun tikintisinə başlanıldı - VİDEO

Azərbaycan Qarabağda beynəlxalq hava limanının tikintisinə başlayıb və 2021-ci ilin payız ayında aeroportu istifadəyə vermək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın RBK telekanalına yayımlanan süjetdə qeyd olunur.

Xəbərdə Füzulu şəhərində inşa olunacaq beynəlxalq hava limanının bütün tip təyyarələri qəbul edə biləcəyi bildirilir.

Videoda həmçinin qeyd olunur ki, sözügedən aeroportun istifadəyə verilməsi Qarabağın dağıdılmış yaşayış məntəqələrinin, həmçinin Şuşanın inkişafında mühüm rol oynayacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR