Nəqliyyat
Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı sürücülərə müraciət edib.
Publika.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində çəkiliş apardığımız zaman müəyyən etdik ki, sürücülərin çoxu prosesi son günə saxlayırlar.
Yağışlı havalar istisna olmaqla texniki baxışa təqdim edilən avtomobil mümkün qədər təmiz olmalıdır.
Texniki Müayinə Mərkəzinin əməkdaşı Elgiz Teymurov qeyd edib ki, bəzi sürücülər prosesdən yayınmaq üçün texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər.
Müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?