Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu - FOTO - (YENİLƏNDİ)

Paytaxtın Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində yaranmış sıxlıq aradan qaldırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda adıçəkiln ərazidə avtomobillərin hərəkəti bərpa edilib.

xxx

09:18

Hazırda Bakının Qara Qarayev prospektinin metronun “Koroğlu” stansiyası istiqamətində, 20 Yanvar dairəsinin Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospektinin şəhər istiqamətində, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətində, Babək prospektinin mərkəz istiqamətində, Sabunçu-şəhər yolunun mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

"Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var", - deyə məlumatda qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm