Nəqliyyat
Bakıda iki yerdə YOL ÇÖKDÜ - FOTO
Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.
Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, dərhal sözügedən ərazilərə Agentliyin əməkdaşları cəlb edilib.
Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.
Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!