Bakının mərkəzində yol hərəkəti qaydası dəyişdi - FOTO
Bizi izləyin

Nəqliyyat

Bakının mərkəzində yol hərəkəti qaydası dəyişdi - FOTO

Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər həyata keçirilib.

BNA-dan Publika.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində Üzeyir Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəz edilib. Bundan əlavə, Üzeyir Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1.7 nişanlanma xətti) təşkil edilib və svetofor obyektində daimi sağa bölməsi ləğv edilib.

Həyata keçirilmiş dəyişikliklər Ü.Hacıbəyli və K.Səfərəliyeva küçələrinin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25% artıracaq.

Sürücülərdən dəyişiklikləri nəzərə almaları və qaydalara riayət etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm