Rusiyanın bu şəhərindən Bakıya uçuşlar başlayır - TARİX AÇIQLANDI
Bizi izləyin

Nəqliyyat

Rusiyanın bu şəhərindən Bakıya uçuşlar başlayır - TARİX AÇIQLANDI

Nijni Novqorodun "Striqino" hava limanı Bakıya birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

Publika.az Trend-ə istinadla xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, ilk birbaşa uçuş mayın 19-na nəzərdə tutulub. Təyyarə Nijni Novqoroddan yerli vaxtla saat 23:40-da havaya qalxacaq və Bakı vaxtı ilə 03:25-də Azərbaycanda eniş edəcək.

Bildirilir ki, uçuşları "Nordwind" aviaşirkəti həyata keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm