Bakı Metrosunun yeni açılan stansiyasından neçə nəfər istifadə edib?
Bizi izləyin

Nəqliyyat

Bakı Metrosunun yeni açılan stansiyasından neçə nəfər istifadə edib?

Ötən həftə Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.

Publika.az "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu 2 dəfəyə qədər azalma deməkdir.

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı haqda da danışıb:

"Adıçəkilən stansiyada orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşınıb".

Qeyd edək ki, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir. B.Məmmədov azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm