• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Bu istiqamətlərdə ekspres xətlər işləyəcək - FOTO

Bu istiqamətlərdə ekspres xətlər işləyəcək - FOTO

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcən Uels-İsveçrə görüşündən sonra azarkeşlərin Bakı Olimpiya Stadionundan metronun “Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınması ekspres xətlərlə yerinə yetiriləcək.

Publika.az xəbər verir ki, daşımalar Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından həyata keçiriləcək. Ekspres xətlər üzrə avtobuslar terminal ərazisində hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, oyundan əvvəl azarkeşlərin ekspres xətlərlə daşınması dəqiq və vaxtında icra edilib. Azarkeşlər təyin olunan məntəqələrdən stadiona hər hansı bir maneə olmadan rahat şəkildə çatdırılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR