Füzuli Hava Limanından ilk sınaq uçuşunun tarixi açıqlandı
Bizi izləyin

Nəqliyyat

Füzuli Hava Limanından ilk sınaq uçuşunun tarixi açıqlandı

Füzuli Hava Limanından ilk sınaq uçuşu bu il sentyabrın 5-də baş tutacaq.

Publika.az xəbər verir ki, bu sözləri "AZAL"ın nümayəndəsi Valeh Əmiraslanov bildirib.

O qeyd edib ki, yanvar ayının 14-də başlamış işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağı tamamlanıb:

"Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintiainin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir-beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir-beton konstruksiyanın quraşdırılma prosesi gedir.

İtaliya istehsalı olan dam örtükləri Artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

Valeh Əmiraslanov bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır: "İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdılrması isə bu ayın sonuna planlaşdırılır. Uçuş-enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm