"Zəfər yolu"nda işlərin 80 faizi başa çatdırılıb - FOTO
Bizi izləyin

Nəqliyyat

"Zəfər yolu"nda işlərin 80 faizi başa çatdırılıb - FOTO

Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri buradan Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdəki son vəziyyətlə tanış olub.

Publika.az-ın məlumatına görə, körpü barədə Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli və regional əhəmiyyətli şöbənin rəisi İlham Süleymanov açıqlama verib.

O, bildirib ki, "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb: "Yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib, konstruksiya işlərinə başlanılıb. Artıq yolun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Yolun 101,5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nun tikinti işlərinin 75%-i artıq həyata keçirilib".

Hazırda dayandığımız körpünün altından Şuşaya 2-ci yol gedir. Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşa gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o, Ağdam-Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində suni qurğular olur ki, körpülər də bu rolu oynayır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm